Gundemxeber.az » Dünya » Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
Avropa İttifaqı (Aİ) İrana qarşı, o cümlədən pilotsuz uçuş aparatlarının, raketlərin istehsalı və tədarükünə qarşı sanksiyaların tətbiq edilməsinin tərəfdarıdır.
GUNDEMXEBER.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz pilotsuz uçuş aparatlarının və raketlərin istehsalı və Yaxın Şərqə, Rusiyaya tədarükünə təsir göstərmək üçün İrana qarşı sanksiyaları gücləndirmək qərarına gəldik”, - o deyib.
Makron həmçinin vurğulayıb ki, Aİ ölkələri yekdilliklə Moskvaya qarşı sanksiyaların gücləndirilməsini dəstəkləyir.
“Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində həmrəyik, prioritet isə əvvəllər tətbiq edilmiş sanksiyalardan yayınma ilə mübarizədir”, - o söyləyib.
GUNDEMXEBER.AZ
28-06-2017, 16:34
19-09-2020, 14:38
16-12-2015, 17:48
18-07-2017, 14:44
5-02-2017, 21:02
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?