Gundemxeber.az » Dünya » Keniyalı idmançıdan dünya rekordu
Keniyalı idmançı Perez Cepçirçir qadınlar arasında marafon üzrə dünya rekordu qırıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, rekord London marafonunda qeydə alınıb.
Cepçirçir məsafəni 2 saat 16 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekordu 2017-ci ildə keniyalı atlet Meri Keytani müəyyən etmişdi - 2 saat 17 dəqiqə 1 saniyə.
Qeyd edək ki, Cepçirçir 30 yaşındadır və Tokio Olimpiadasının marafon qalibidir. O, həmçinin üç dəfə fərdi yarışlarda və bir dəfə komanda şəklində Dünya Marafon Çempionatının qalibi olub.
GUNDEMXEBER.AZ
1-05-2016, 12:03
1-05-2016, 13:26
25-12-2016, 20:44
8-07-2017, 11:28
2-07-2019, 13:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?