ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində Ukraynanı “Rusiyanın bir hissəsi” adlandırıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə bazar ertəsi “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Amerika rəsmiləri qeyd edir ki, Ağ Evin keçmiş sahibi Avropa liderləri ilə söhbətində Ukraynanı “onların Ukraynası” və ya “Rusiyanın bir hissəsi” adlandırıb.
Onlar deyirlər ki, Tramp illərdir Ukraynanı korrupsioner ölkə kimi tənqid edib. Eks-prezident tez-tez Vaşinqtonun Kiyevi dəstəkləməsindən şikayətlənir.
Bütün dünyada hesab olunur ki, Tramp hakimiyyətə gəlsə, Ukraynanı müdafiə etməyəcək və onu, sadəcə olaraq, Rusiyanın qucağına atacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?