Gundemxeber.az » Dünya » Şotlandiyanın baş naziri istefa verdi
Şotlandiyanın Baş naziri (birinci nazir), Şotlandiya Milli Partiyasını təmsil edən Humza Yusaf partiya liderliyindən və müvafiq olaraq, baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, o bu barədə partiya katibini məlumatlandırıb və yeni partiya rəhbərinin seçilməsi üçün hazırlıqlara başlanmasını xahiş edib.
Ölkədə siyasi böhran keçən həftə Yusafın Yaşıllarla koalisiya sazişindən çıxması ilə başlayıb. Bununla bağlı olaraq müxalifət partiyaları dərhal Şotlandiyanın nazirinə və hökumətinə etimad səsverməsi planlaşdırıb. Yusaf səsvermədən əvvəl istefa verməyə üstünlük verib.
Qeyd edək ki, pakistanəsilli Yusaf 2023-cü ilin martında Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri vəzifəsini tutub
GUNDEMXEBER.AZ
26-04-2021, 10:47
14-06-2023, 15:31
16-03-2018, 15:10
20-10-2018, 16:46
14-11-2018, 15:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?