Əgər buzlaqlar belə sürətlə əriyərsə bəzi dövlətlərin tamamilə su altında qala bilər
gundemxeber.az Antarktidanın qərbindəki buzlaqların əriməsi Niderlandın, eləcə də Banqladeş və Tuvalu dövlətlərinin su altında qalması təhlükəsi yaradır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV ABŞ-dakı Ohayo Dövlət Universitetinin alimlərinin məruzəsinə istinadən xəbər verir. "Qitənin buz örtüyünün qərb hissəsində temperatur bizim əvvəllər təsəvvür etdiyimizdən iki dəfə sürətlə əriyir", - məruzədə deyilir. 1950-ci illərdən Bird tədqiqat stansiyasında orta illik temperatur 2,4 dərəcə Selsi yüksəlib. Artıq Antarktidanın qərbində temperaturun artım tempi orta dünya göstəricisini üç dəfə üstələyir. BMT ekspertləri qrupunun proqnozlarına görə, bu yüzillikdə dünya okeanının səviyyəsi 18 santimetrdən 59 santimetrədək qalxıb. Beləliklə, əgər buzlaqlar belə sürətlə əriyərsə, dünya okeanının səviyyəsinin real artım göstəriciləri daha da yüksələ və bununla da bəzi dövlətlərin tamamilə su altında qalması ilə nəticələnə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?