GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Övladlarını sobaya çırpdı, atasını... – BAKIDA DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

Övladlarını sobaya çırpdı, atasını... – BAKIDA DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

Tarix: 8-05-2024, 19:57 Bölmə :Dünya Baxış: 184

“2017-ci ildən hadisə olan günə qədər övladlarımı və valideynimi içib döydüyümü xatırlamıram. Həmin gün 2 litr araq içmişdim”.


GUNDEMXEBER.AZ Lent.az-a istinadla xəbər verir ki, bu sözləri məhkəmə qarşısında atasını döyərək öldürməkdə və övladlarına mütəmadi olaraq döymək, zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirablarla əzab verməkdə təqsirləndirilən Namiq Məmmədov deyib.

Qısa məlumat: Hadisə ötən ilin avqustunda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində qeydə alınıb. Belə ki, Bakı şəhərində yaşayan, 47 yaşlı Namiq Məmmədov 2017-ci ildən hər gün spirtli içki qəbul etməyə başlayıb. İçkili evə gələrək 75 yaşlı atasını, 71 yaşlı anasını, 21, 20 və 15 yaşlı övladlarını döyüb. 2017-ci ilin əvvəlindən 2023-cü ilin avqust ayına qədər mütəmadi olaraq yaşlı anasını yumruq və təpiklə döyüb, çoxsaylı zərbələr endirib. Övladlarına isə bədənlərinin müxtəlif nahiyələrinə təpik zərbələri endirib, başına qazan qapağı çırpıb, qaldırıb döşəməyə atıb. Daha sonra, övladlarının başını divara, elektrik sobasının şüşəsinə vurub.  

Hadisə günü spirtli içki qəbul edərək evə gəlib atası ilə mübahisə etməyə başlayıb. Atası ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənində dayanan atasının sinə nahiyəsinə qəsdən təpiklə zərbə vuraraq onun hər iki ağ ciyərini dağıdıb, qabırğalarını sındırıb. Nəticədə atası pilləkəndən aşağı daşın üzərinə düşərək, həyatını itirib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə cinayət işi açılıb. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə aparılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Namiq Məmmədov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hadisə günü 2 litr spirtli içki qəbul etdiyini deyib:

“Son 1 ildir hər gün içki içirəm. Ailəmlə çox mehriban olmuşuq. Amma içkili olanda necə davrandığımı xatırlamıram. Nələr baş verdiyi də ağlımda deyil. Atamı öldürmək niyyətim olmayıb. İçki almaq üçün evdən pul götürmək istədim atam qoymadı. Buna görə onu itələdim. İtələdikdən sonra onun pilləkəndən düşdüyündən xəbərim olmayıb. Uşaqlarım deyirsə, deməli bu əzabları onlara etmişəm. Özüm xatırlamıram”.

N.Məmmədovun istintaqdakı ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu zaman istintaqdakı verdiyi ifadə zalda elan olunub. O, həmin ziddiyyəti istintaq zamanı yazılan ifadəni oxumadan imzalaması ilə əlaqələndirib.

Məhkəmədə onun anası Sima Məmmədova ifadə verib. Qadın oğlunun hadisə günü içkili halda bıçağı götürüb itin başını kəsəcəyini deyib:

“Saat təxminən axşam 10 radələri idi. Namiq evə içkili gəldi. Qızı Könül ona ayran düzəldib, televizorda baxması üçün kino açdı. Bir az keçdi Könül gəlib atasının yatdığını dedi. Təxminən 40 dəqiqə keçmişdi ki, Namiq oyanıb, evin ortasında oğlu Fərmaili qışqırıb çağırdı. “Sən mənə sifət etdin” deyib, durduq yerə uşağı döydü. Fərmail qorxub o biri otağa qaçdı, yalvarmağa başladı. Həyat yoldaşımı oyadıb, vəziyyətin yaxşı olmadığını dedim. Elə bu zaman Namiq əlində bıçaq “iti gətirin başını kəsəcəm” dedi. Daha sonra, qızı Simanın başını divara vurmağa başladı. Atası Namiqə “ay bala döymə, yazıqdır” dedi. Buna əsəbiləşib Namiq təpiklə atasını vurdu. Yoldaşım pilləkəndan daşların üzərinə düşərək öldü”.

Namiq Məmmədovun qızı, zərərçəkmiş Könül Məmmədova ifadəsində qeyd edib ki, atası bacısının pişikdən qorxduğunu bildiyi üçün üstünə pişik tullayırmış:

“Atam hər zaman olduğu kimi evə içkili gəldi. Yatıb durduqdan sonra qışqıraraq qardaşımı çağırdı. Fərmaili döydü. O, qorxub qaçdığı üçün atam bacım Simanın yanına gəldi. Sima pişikdən çox qorxur. Bunu da atam bilirdi. Amma qəsdən onun üstünə pişiyi tullayıb, başını divara vurmağa başladı. Nənəm qışqıraraq qonşuları köməyə çağırdı, babam da pilləkəndə dayanıb yalvarırdı döyməməyi üçün. Atam əsəbiləşib onu möhkəm təpiklə vurub pilləkəndən yerə yıxdı. Babamın yıxıldığını görüb otağa girdi. Simaya “Hər şey pişik üzündən oldu” deyib, telefonu götürüb getdi”.

Namiq Məmmədovun məhkəmədə ifadə verən digər qızı Sima Məmmədova atasının onu pişiyin çölə qaçdığı üçün döydüyünü bildirib:

“Yuxudan durub içkili halda qardaşımı döyməyə başladı. Qorxudan mən otaqdan çıxmadım. Qardaşım qaçandan sonra gəldi mənim üstümə pişik atdı. Pişik qorxub otaqdan qaçdığı üçün məni döyməyə başladı. Boğazımdan tutub başımı divara vurdu. Atam babamı polisə zəng etdiyini düşündüyü üçün təpikləyib. Qorxduğum üçün otağa qaçdım, hadisənin davamını görmədim. Amma səsləri eşidirdim. Daşın qırılmasını, arxasınca bacımın və qardaşımın səslərini eşidib çölə çıxdım. Babamın hərəkətsiz şəkildə yerdə uzandığını və başından qan axdığını gördüm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi, oğlu Fərmail Məmmədov məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirib.

İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs arvadı ilə 2015-ci ildən ayrı yaşamağa başlayıb, 2016-cı ildə isə rəsmi olaraq boşanıblar. Bildirilib ki, o, yoldaşını da içki içərək hər gecə döyüb. Qadın buna dözməyərək onları qoyub evdən gedib. 1 il sonra rəsmi boşanıblar. Məhkəmənin qərarı ilə uşaqlar Namiq Məmmədovun himayəsinə verilib.

Məhkəmənin yekun qərarı ilə Namiq Məmmədov cinayətdə təqsirli bilinib. O, 12 il müddətində azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 25 yaşlı oğul öz anasını zorladı... - BAKIDA DƏHŞƏT

    25 yaşlı oğul öz anasını zorladı... - BAKIDA ...

    8-02-2016, 15:53

  • 
  • Şamaxıda oğul 70 yaşlı atasını baltaladı

    Şamaxıda oğul 70 yaşlı atasını baltaladı ...

    3-09-2017, 23:26

  • 
  • Yeniyetmə nənəsini, atasını və bacısını baltaladı

    Yeniyetmə nənəsini, atasını və bacısını baltaladı ...

    15-01-2017, 19:27

  • 
  • Bakıda oğul atasını döyüb

    Bakıda oğul atasını döyüb ...

    3-06-2019, 13:55

  • 
  • Sevgilisi ilə yataqda yaxalanan qız atasını bıçaqladı - VİDEO

    Sevgilisi ilə yataqda yaxalanan qız atasını ...

    18-08-2017, 15:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu