Gundemxeber.az » Dünya » Usman Sonko: “Seneqal Fransa hərbçilərinin ölkədəki mövcudluğu məsələsini qaldıra bilər”
Seneqalın Baş naziri Usman Sonko Parisin son illərdə seneqallı müxalifətçilərə qarşı həyata keçirilən repressiyalara dolayı dəstəyini pisləyib və ölkəsindəki Fransa bazalarının bağlanması məsələsinin gündəmə gətiriləcəyini istisna etməyib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə baş nazir Seneqalda səfərdə olan Ram Edilməyən Fransa Partiyasının sədri Jan-Lyuk Melanşonun Dakar Universitetində iştirak etdiyi tədbirdə çıxışında deyib.
“Altmışdan çox insanın öldürülməsi, minlərlə insanın yaralanması, mindən çox insanın siyasi düşüncələrinə görə həbs edilməsi ilə nəticələnən bütöv bir siyasi hərəkatın son dərəcə vəhşicəsinə təqib olunduğu bütün dövr ərzində biz Fransa hökumətindən hadisələrə görə heç vaxt qınaq sözləri eşitməmişik”, - deyə o vurğulayıb.
“Həqiqət budur ki, bir çox Avropa hökumətləri, xüsusən də fransızlar bizim suveren siyasi kursumuzla razılaşa bilmir və bunun qarşısını almağa cəhd edirlər”, - Sonko əlavə edib.
Hökumət başçısı qeyd edib ki, Seneqal nümunəsi Fransa Prezidenti Emmanuel Makronun Afrikaya qarşı yeni siyasət həyata keçirmək cəhdinin uğursuzluğunu göstərir, çünki Paris avtoritar və korrupsioner rejimləri dəstəkləməkdən imtina etməyib.
Sonko ölkə hakimiyyətinin Fransa hərbçilərinin Seneqal ərazisində mövcudluğu məsələsini qaldıra biləcəyini istisna etməyib:
“Seneqalın öz ərazisinə tam nəzarət etmək istəyini bir daha təkrarlamaq istərdim. Bu da Seneqalda xarici hərbi bazaların mövcudluğunu davam etdirməsi ilə bir araya sığmır”.
Gundemxeber.az
26-11-2020, 14:54
16-11-2015, 12:38
3-02-2020, 14:33
17-08-2020, 13:29
27-11-2020, 20:43
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?