Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun brifinqdə açıqlayıb.
“Son beş il ərzində telekommunikasiya və internet sahəsində ümumilikdə 1 milyon 945 min dələduzluq faktının üstü açılıb”, –hüquq-mühafizə orqanının sözçüsü diqqətə çatdırıb.
Eyni zamanda, onun sözlərinə görə, səkkiz ayda belə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?