Gundemxeber.az » Dünya » Ermənistanda daşqınlar: 443 nəfər təxliyə edildi
Ermənistanda sel fəlakəti yaşanan Lori və Tavuş marzlarına 6 əməliyyat qrupu, 456 xilasedici cəlb edilib.
Bu barədə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Xilasedicilər və digər cəlb olunmuş qüvvələr tərəfindən Lori və Tavuş marzlarında müxtəlif yaşayış məntəqələrindən 443 nəfər, yəni Lori marzda 401, Tavuşda 42 nəfər təxliyyə edilib.
Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub. Tavuş vilayətində Debed, Ağstev, Dzoraget və Taşir çaylarının daşması nəticəsində Lori və Tavuş rayonlarının bir sıra yaşayış məntəqələrinə ziyan dəyib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, mayın 27-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Lori və Tavuş vilayətlərindəki sel fəlakəti nəticəsində ölənlərin sayının 4 nəfərə çatdığını bildirib./teleqraf.com
8-10-2020, 14:26
24-02-2021, 12:30
28-04-2016, 16:18
2-04-2017, 10:29
4-10-2013, 13:43
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?