GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran prezidenti vəzifəsini icra edən Moxber parlament qarşısında çıxışında Rəisi haqda danışıb

İran prezidenti vəzifəsini icra edən Moxber parlament qarşısında çıxışında Rəisi haqda danışıb

Tarix: 30-05-2024, 21:23 Bölmə :Dünya Baxış: 147


İran prezidenti vəzifəsini icra edən Moxber parlament qarşısında çıxışında Rəisi haqda danışıb


İranda prezident vəzifəsini icra edən Məhəmməd Moxber bazar ertəsi ölkənin yeni parlamenti qarşısında çıxış edib.

Qanunvericilərə müraciət Moxberin keçən həftə sələfi İbrahim Rəisi və daha yeddi nəfərin ölümü ilə nəticələnən helikopter qəzasından sonra ictimaiyyət qarşısında ilk çıxışı olub.
"Bu acı və kədərli hadisəyə baxmayaraq, ölkənin heç bir layihəsi bir gün belə bağlanmadı. Xalqa xidmət və ölkənin problemlərinin həlli üçün bu yol davam edəcək," Rəisinin ölümünə toxunan Moxber deyib.
O, Rəisinin irsi haqqında parlaq bir təsvir yaratsa da, insan haqları qrupları bununla bağlı fərqli fikir bölüşür.
"İbrahim Rəisiyə qarşı sağ ikən qətl, zorla yoxa çıxarma və işgəncələr də daxil olmaqla, insanlığa qarşı cinayətlərə görə cinayət işi açılmalı idi", Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Əltahavi deyib
"Onun ölümü qurbanları və onların ailələrini həqiqəti öyrənmək və onun cinayətlərinə şərik olan hər kəsi məsuliyyətə cəlb etmək hüququndan məhrum etməməlidir", o əlavə edib.
Rəisi 1980-ci illərin sonunda minlərlə siyasi məhbusa ölüm hökmü çıxaran komisiyanın üzvü idi.

"Bu qruplar ədalətli məhkəmə standartlarını ələ salıb və bundan sonra baş verən kütləvi edamlar insanlığa qarşı cinayət kimi araşdırılmalıdır" - deyə, Human Rights Watch təşkilatı üçün İran və Küveytdə insan haqları pozuntularını araşdıran Tara Sepehri Far verdiyi açıqlamasında bildirib.

Bəzi insan haqları müdafiəçiləri Rəisini "Tehran qəssabı" adlandırır.
2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümü İranın məcburi hicab qanunlarını pozduğuna görə həbs olunduqdan sonra ölməsi məhz Rəisinin hakimiyyəti altında baş verib. Bu hadisə beynəlxalq və insan haqları təşkilatlarının etirazlarına səbəb olub.
Moxber bazar ertəsi qeyd edib ki, Rəisinin vəzifədə olduğu son aylarda İran üç ölkəyə - İraq, İsrail və Pakistana qarşı hərbi əməliyyatlar keçirsə də, iqtisadi sabitliyini qoruyub saxlayıb.
"Üç ölkə təsirləndi. İsraili vurduq. İnsanlar səhər yuxudan duranda rəqəmlərin və indekslərin eyni olduğunu, valyutanın qiymətinin eyni olduğunu, inflyasiyanın eyni olduğunu, bazarın isə insanların tələbatı ilə dolu olduğunu gördü. Bu güc, bu mövqe və bu qüdrət sıradan bir şey deyil. Bunların hamısı ali dini liderin rəhbərliyi və Ayətullah Rəisinin səylərinin nəticəsidir," Moxber bildirib.
Rəisi İran və İsraillə raket hücumları mübadiləsi apardığı və mübahisəli nüvə proqramına görə beynəlxalq təzyiqlə üzləşdiyi siyasi gərginlik dövründə dünyasını dəyişib. İran həmçinin Ukraynada müharibədə Rusiyanı pilotsuz təyyarələrlə təmin etməkdə günahlandırılır. Rəisi bu ittihamı rədd edirdi.
Moxberin sözlərinə görə, Rəisinin iranlılar arasında populyarlığı və tanınması "xalqa xidmət etmək və İslam İnqilabının böyük rəhbərinə itaət etməkdən daha üstün fəzilətin olmadığını sübut edir".
Bununla belə, Londonda yerləşən farsdilli televiziya xəbər kanalı olan İran İnternational prezidentin helikopterinin qəzaya uğraması xəbərindən sonra sosial mediada sevinc atəşfəşanlığı ilə bağlı məlumatlar aldığını bildirib.
Saytlardan birində "həyatınızı elə yaşayın ki, insanlar sizin ölüm xəbərinizi atəşfəşanlıq və şirniyyat paylamaqla qeyd etməsin" yazılıb.
Moxber həmçinin bazar ertəsi deyib ki, İran Qərbin sanksiyalarına baxmayaraq, hazırda gündə 3 milyon bareldən çox neft hasil edir. Lakin bu sanksiyalar bazarda alıcıların İranın əsas neft müştərisi olan Çinlə məhdudlaşdırılmasına səbəb olub.
İran gələn ay Rəisini əvəz edəcək yeni prezidentin seçilməsi üçün seçki keçirəcək. Siyasi analitiklər Moxberin namizədlərdən biri olacağını güman etdiklərini bildirirlər.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrana 50 gün o rəhbərlik edəcək – Məhəmməd Moxber kimdir+ FOTO

    İrana 50 gün o rəhbərlik edəcək – Məhəmməd Moxber ...

    20-05-2024, 14:51

  • 
  • Amnesty International: `İran həbsxanalarında 30-dan çox məhbus öldürülüb`

    Amnesty International: İran həbsxanalarında ...

    10-04-2020, 13:18

  • 
  • Amnesty International İranda etiraz aksiyaları zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir

    Amnesty International İranda etiraz aksiyaları ...

    3-12-2019, 11:53

  • 
  • Rəisinin dəfn tarixi və yeri dəqiqləşdirildi

    Rəisinin dəfn tarixi və yeri dəqiqləşdirildi ...

    20-05-2024, 22:50

  • 
  • "Amnesty İnternational": "İrandakı etirazlarda 200-dən çox adam öldürülüb..."

    "Amnesty İnternational": "İrandakı ...

    20-11-2019, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu