Gundemxeber.az » Dünya » Bu həftə müharibənin taleyi həll olunacaq – Zelenski
İyunun əvvəli bütün 2024-cü ilin, hətta yayın necə keçəcəyini müəyyən edəcək.
Gundemxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İyun ayının əvvəlləri bütün yayı və bu ilin taleyini müəyyən edəcək həftələrdir. Söhbət Ukrayna konflikti ilə bağlı sülh sammitindən, AB ilə münasibətlərdən və cəbhədəki mövqelərdən gedir”, – o bildirib.
Qeyd edək ki, Ukrayna silah çatışmazlığı ucbatından Rusiya qarşısında çətin vəziyyətə düşdüyünü açıqlayır. Bununla belə, Qərb ölkələri də Ukraynaya təcili yardımların artırılmasının vaxtının çatdığını deyirlər. Rusiya isə Ukraynaya yardımların artırılması və ərazisinin vurulmasına icazənin dəhşətli nəticələrə gətirib çıxaracağını vurğulayır.
Gundemxeber.az
13-09-2019, 13:55
21-04-2021, 09:55
23-12-2020, 17:18
29-05-2019, 10:37
20-05-2019, 13:19
Sorğu
Yeni dizaynımız necədir?