Gundemxeber.az » Dünya » Uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz - Oreşkin
Uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz.
Gundemxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin SPİEF-2024 çərçivəsində keçirilən “Rusiya iqtisadiyyatı: Milli məqsədlərə nail olmağı necə təmin etmək olar” adı ilə təşkil olunmuş forumda deyib.
“Məqsəd və vəzifələri prezident müəyyən edir. Prezident insanların həyat keyfiyyətini ön plana çəkir. Suverenliyin təmin edilməsi məqsədləri üç səviyyədədir - dövlət, mədəni-dəyər və iqtisadi səviyyədə. Əsas hədəf xüsusi hərbi əməliyyatın təcrübəsi, yeni texnoloji həllər, idarəetmə sistemləri nəzərə alınmaqla silahlı qüvvələrin modernləşdirilməsidir. Bizim yeni müdafiə nazirimiz var və ona bu vəzifə həvalə olunub. Bu, göz qabağındadır ki, uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz”, - Oreşkin bildirib.
Qeyd edək ki, dövlətin yalnız qaba güc tətbiq etməklə iqtisadi inkişafa nail ola biləcəyinə dair ehkam yüz illərdir Rusiya isteblişmentinin təfəkkürünü tərk etmir.
Gundemxeber.az
30-05-2017, 12:30
20-12-2019, 20:27
14-11-2019, 18:32
25-12-2017, 14:15
26-12-2014, 11:53
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?