Avropa Komissiyası Ukraynaya ümumi dəyəri 50 milyard avro olan dəstək paketindən 1,5 milyard avroluq makromaliyyə yardımının ikinci tranşının ayrıldığını elan edib.
Gundemxeber.Az bildurir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz "X" hesabında paylaşım edib.
"Ukrayna bizim hamımız üçün ağır olan bir yükü çiynində daşıyır.
Bu gün biz Ukraynaya 50 milyard avro dəyərində kredit sazişi çərçivəsində əlavə 1,5 milyard avro ayırırıq. Bu, Ukraynanın müharibə gedən müddətdə dövlətin və onun xidmətlərinin fəaliyyət qabiliyyətinin saxlanması üçün həyati əhəmiyyət kəsb edir.
Avropa vahid və qərarlı olaraq qalır", - deyə U.Lyayen qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?