Gundemxeber.az » Dünya » Putin Türkiyəni təriflədi: "Diqqətimdədir..."
Rusiya Türkiyənin təşəbbüslərinə, o cümlədən Qara dəniz təhlükəsizliyi məsələlərinə diqqət yetirir.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Qara dənizdəki vəziyyətlə bağlı təşəbbüsündən də xəbəri var: “Biz Türkiyə Cümhuriyyətinin bu yoldakı bütün təşəbbüslərini diqqətlə və böyük hörmətlə nəzərdən keçiririk və onunla əlaqə saxlayacağıq".
Rusiya prezidenti Ərdoğanın Qara dəniz “taxıl müqaviləsi”nin bağlanmasında mühüm rolunu qeyd edib: “Təəssüf ki, onun müddətinin uzadılmaması bizim günahımız deyil”.
Rusiya prezidenti vurğulayıb ki, Ankaranın sonrakı təşəbbüsləri də “son anda Ukrayna tərəfindən rədd edilib”.
GUNDEMXEBER.AZ
11-08-2016, 17:14
10-11-2017, 17:41
1-12-2015, 14:37
23-10-2019, 10:38
17-08-2020, 15:10
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?