"Moskva vilayətində terror aktının həyata keçirildiyi "Crocus City Hall" konsert zalının yerində xatirə parkı salına bilər".
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, bu sözləri Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
"İctimai rəy və bizim mövqeyimiz təbii ki, orada xatirə parkının salınmasını və təşkilini nəzərdə tutur. Bu müzakirələr davam edir", - deyə o vurğulayıb.
Vorobyov binanın yenidən tikilməsinin mümkünlüyünə də istisna etməyib.
Xatırladaq ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Faciə zamanı altısı uşaq olmaqla 145 nəfər həlak olub. Baş verənlərlə əlaqədar terroru birbaşa həyata keçirən dörd nəfər də daxil olmaqla 10-dan çox adam həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?