Gundemxeber.az » Dünya » Yüksək vəzifəli hərbçinin oğlu niyə həbs edilib? - Detallar açıqlandı
Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə Rəşid Kələntərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rəşid Kələntərov Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun oğludur.
İlkin məlumatda Rəşad Kələntərovun atası Saleh Kələntərovun vəzifəsindən azad edildiyi bildirilsə də, onun hazırda xidmətini davam etdirdiyi məlum olub.
İstintaqla müəyyən edilib ki, kapitan Rəşid Kələntərov nüfuzundan və yaxşı əlaqələrindən sui-istifadə edərək hərbi qulluqçuların birdəfəlik xidmət yerinin müəyyən edilməsi və digər məsələlərin həlli üçün ümumilikdə 11 min manat rüşvət alıb. Həmin məbləğin 5 min manatını isə dələduzluq yolu ilə ələ keçirib.
Rəşid Kələntərov bir neçə ay əvvəl istintaqa cəlb edilib. Bu yaxınlarda ona rüşvət alma və dələduzluq maddələri ilə təkrar ittiham elan edilib.
İş üzrə istintaq davam edir.
İstintaq müddətində ilkin ittihamın həcmi azaldıla və ya genişləndirilə bilər. Rəşad Kələntərov haqda olan digər bir məlumata görə, onun xidmətə qarşı münasibəti mənfi olub. Xidmətdə yol verdiyi intizamsızlığa görə bir neçə dəfə cəzalandırılıb. Hazırda da üzərində intizam cəzası var./musavat.com/
7-01-2020, 10:46
28-04-2021, 11:30
6-04-2021, 10:47
23-10-2017, 20:55
8-09-2020, 13:33
Sorğu
Yeni dizaynımız necədir?