GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İrəvan Bakının tələblərinin icrasına başlayır - GƏLİŞMƏ

İrəvan Bakının tələblərinin icrasına başlayır - GƏLİŞMƏ

Tarix: 14-06-2024, 22:07 Bölmə :Dünya Baxış: 118


Ermənistan Milli Təhlükəsizlik Strategiyasının hazırlanması prosesinə başlayıb.

Baş nazir Nikol Paşinyan parlament saatında çıxışı zamanı belə deyib. “Biz artıq Strategiyanın hazırlanmasına başlamışıq. Lakin onun tamamlanmasına dünyada daim dəyişən vəziyyət mane olur”, - Paşinyan bildirib. Onun sözlərinə görə, artıq bu məsələnin həlli üçün ekspert qrupu yaradılıb. “Strategiyanın qəbulundan sonra vəziyyət kəskin şəkildə dəyişə bilər və sənəd öz aktuallığını itirər. Hətta ünsiyyətdə olduğum dünya liderləri də gələcəyi dəqiq proqnozlaşdıra bilmirlər”,-deyə hökumət başçısı əlavə edib.
Bundan başqa, Paşinyan xüsusilə də “Ermənistan bloklara qoşulmayan ölkə olmalıdırmı?” kimi mühüm suallara konkret cavabların olmadığına diqqət çəkib. “Bu, sadə sual kimi görünür. Lakin mən birbaşa bildirirəm ki, bu gün dəqiq cavabım yoxdur”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası 2007-ci ilin yanvar ayında prezident Robert Köçəryanın rəhbərliyi ilə qəbul edilib. Bu sənəd ölkənin milli təhlükəsizlik doktrinası sayılır. 2020-ci ildə Nikol Paşinyanın təşəbbüsü ilə Milli Təhlükəsizlik Strategiyasının mətninə əlavə və dəyişikliklər edilsə də, doktrinanın ümumi məzmunu Azərbaycana qarşı ərazi iddiaları, müharibə çağırışları və Qarabağda separatçılığa dəstəyi ifadə edən maddələrdən ibarətdir.
Hazırda Ermənistanın Milli Təhlükəsizlik Strategiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasında əsas maneələrdən biridir. Ermənistanın konstitusiyasından əlavə, bir sıra hüquqi-normativ aktlarına, o cümlədən Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təhdid edən maddələrə xitam verilməlidir. Yalnız bundan sonra iki ölkə arasında sülh sazişinin mümkünlüyündən danışmaq olar.
Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının 3-cü hissəsi “Dağlıq Qarabağ Respublikası” adlanır. Orada qeyd edilir: “Hər hansı yekun razılaşmanın və ya yekun sənədin Qarabağ tərəfinin də razılığını alması prinsipindən daima çıxış edərək Ermənistan yalnız “Dağlıq Qarabağ Respublikası”nın faktiki mövcudluğunun dönməz reallığını möhkəmləndirməyə yönələcək həll variantlarını məqbul hesab edir. “Dağlıq Qarabağ”ın Ermənistanla ərazi əlaqələri olmalıdır. Onun təhlükəsizliyinə zəmanət verilməlidir”.
Göründüyü kimi, adıçəkilən sənədin məzmunu Azərbaycanın milli təhlükəsizliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlib. Ona görə də Ermənistan Konstitusiyasının mətninin yenilənməsi ilə kifayətlənmək olmaz. Ermənistan hakimiyyəti ölkənin Milli Təhlükəsizlik Strategiyasını və Hərbi Doktrinasını tamamilə yenidən yazmalıdır. Nikol Paşinyanın açıqlaması onun sülh sazişi imzalanana qədər yeni Milli Təhlükəsizlik Strategiyasını qəbul etmək niyyətindən xəbər verir. Lakin sözügedən doktrinanın mətninin dəyişdirilməsi yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaq məqsədi daşımır.

Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını istisna etmir. Hətta Baş nazir KTMT-ni “sabun köpüyü” adlandırıb və Ermənistanın bu təşkilatın sıralarını tərk edəcəyi təqdirdə, bir daha geri qayıtmayacağını deyib.

Bu baxımdan, Ermənistanın KTMT-dən çıxdıqdan sonra neytral dövlət statusunda qalacağı, yoxsa NATO-ya inteqrasiya kursuna üstünlük verəcəyi ilə bağlı sual aktual mövzuya çevrilib.

Paşinyan bu sualın dəqiq cavabını verməkdən yayınsa da, Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmağı qarşıya məqsəd qoyub. KTMT-nin ərazisi kollektiv təhlükəsizlik regionu adlanır və Rusiyanın hərbi-siyasi təsir dairəsi hesab edilir.

Ermənistanın KTMT-ni tərk etməklə kollektiv təhlükəsizlik regionunun sərhədlərindən kənara çıxmaq istəyir. Bundan sonra Ermənistan neytral dövlət statusu qazana bilər.

Lakin İrəvandan gələn rəsmi açıqlamalar Ermənistanın daha çox Qərbin “təhlükəsizlik çətiri” altına daxil olmaq niyyətindən xəbər verir.

Bu isə həm ikitərəfli müqavilələr, həm də NATO-ya üzvlük proqramlarına qoşulmaqla həyata keçirilə bilər. Lakin Paşinyan Milli Təhülkəsizlik Strategiyasının hazırlanmasına dünyada dəyişən vəziyyətin mane olduğunu deməklə bu prosesin tezliklə yekunlaşmayacağına işarə edir. Görünür, Ermənistan rəhbərliyi yeni dünya düzəninin formalaşmasını, yaxud onun ilkin istiqamətlərinin müəyyənləşməsini gözləyir. Ən azı Ukrayna müharibəsində qalib və məğlub tərəflərin məlum olması Ermənistana öz milli təhlükəsizlik doktrinasında neytral, yoxsa Avroatlantik Məkana inteqrasiya kursunu seçməyə imkan verəcək.

Müşfiq Abdulla/"Cebhe.info"/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

    Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli ...

    18-07-2019, 13:52

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Paşinyan TŞ-ni təcili topladı – Qarabağ müzakirəsi

    Paşinyan TŞ-ni təcili topladı – Qarabağ müzakirəsi ...

    18-10-2019, 14:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu