“Bütün Polşa Fermerlərinin Etirazı” təşkilatı X sosial şəbəkəsindəki hesabında bildirib ki, polşalı fermerlər “müsəlman ölkələrindən gələn qeyri-qanuni miqrantları qorxutmaq üçün” Belarusla sərhədə donuz peyini tökürlər.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, təşkilat tərəfindən yayılan videoda iştirakçılardan biri bildirib ki, Ümumpolşa Fermerlər Etirazı və Gənc Fermerlər Hərəkatının fəallarının əvvəllər verdiyi vədlərə uyğun olaraq, bu gündən Belarus-Polşa sərhədində sərhəd zolağı olacaq. Həmin zolaqdakı məhdudiyyət isə donuz peyini ilə təşkil olunacaq. Fermerlər qeyri-qanuni müsəlman mühacirlərin "inanclarına görə donuz peyinindən keçməsinə icazə verilməyəcəyini" gözləyirlər. Fəalın sözlərinə görə, onların məqsədi Polşa təhlükəsizlik qüvvələri ilə həmrəylik nümayiş etdirmək və hökumətə ölkə ərazisini necə “müdafiə edəcəyini” nümayiş etdirməkdir. O, əlavə edib ki, hər şey qanuna uyğun olaraq həyata keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?