Gundemxeber.az » Dünya » Pakistanda 700-ə yaxın məhsula yüksək idxal rüsumları tətbiq edildi
Pakistanın Federal Gəlirlər İdarəsi əvvəllər idxal rüsumlarından azad edilmiş 657 məhsulun idxalına 5 faizdən 55 faizə qədər gömrük rüsumları tətbiq edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, ən yüksək rüsumlar kosmetika (55 faiz), zinət əşyaları (45 faiz), tütün məmulatları (40 faiz) və saatların (30 faiz) idxalına tətbiq edilib. Avtomobil hissələri, məişət texnikası, süd məhsulları, meyvələr, geyim əşyaları və bir çox başqa növ idxal olunan malların idxalına 10-25 faiz rüsum tətbiq edilir.
İyunun sonunda Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) ölkədə birbaşa və dolayı vergilərin təxminən 40 faiz artırılaraq 13 trilyon rupiyə (46,66 milyard dollar) çatdırılmasını nəzərdə tutan 2024-2025-ci maliyyə ili üçün (iyulun 1-dən başlayaraq) büdcəni təsdiq edib.
İslamabad tezliklə Beynəlxalq Valyuta Fondu (BVF) ilə Genişləndirilmiş Fond Proqramı çərçivəsində növbəti üç il ərzində 6-8 milyard ABŞ dolları dəyərində yeni güzəştli maliyyə yardımı paketi, eləcə də təqribən 1,5-2 milyard dollarlıq iqlim dəyişmələri ilə mübarizə üçün maliyyə yardımı üzrə danışıqlara başlayacaq. BVF-nin maliyyə yardımı üçün əsas şərtlərdən biri Pakistanda vergi yığımlarının artırılmasıdır.
Gundemxeber.az
4-03-2021, 15:33
29-11-2017, 22:25
19-12-2017, 17:35
3-01-2019, 21:31
16-12-2017, 19:36
Sorğu
Yeni dizaynımız necədir?