Gundemxeber.az » Dünya » Avropa Komissiyası Rusiya və Belarus şirkətlərinin məhkəmə yolunu bağladı
Avropa Komissiyası (AK) Aİ məhkəmələrinə Enerji Xartiyası Müqaviləsi (ECT) çərçivəsində birlik ölkələrində enerji layihələrinə Rusiya və Belarusdan investisiyaların qorunmasını qadağan edib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Avropa Komissiyası Enerji Xartiyası Müqaviləsi əsasında Rusiya və Belarusdan olan sərmayələrin və investorların qorunmasını qadağan etmək qərarına gəlib. Bununla da Aİ sanksiyalarına məhkəmədə etiraz etmək üçün potensial yolu qabaqcadan bağlayıb. Avropa İttifaqı ehtiyat tədbiri olaraq bu ölkələrə qarşı sanksiyaların tətbiqini gücləndirmək məqsədilə Rusiya Federasiyası və Belarusdan olan sərmayələrin və investorların ECT əsasında qorunmasını birmənalı şəkildə qadağan etmək qərarına gəlib”.
Bəyanata görə, Rusiya və Belarus son nəticədə ECT-nin tərəfləri olmasalar da, onların şirkətləri ECT tətbiq edən ölkələrdə vasitəçilər və ya törəmə şirkətlər vasitəsilə fəaliyyət göstərə bilərlər.
GUNDEMXEBER.AZ
27-05-2015, 12:42
10-02-2017, 11:51
27-11-2013, 00:23
20-12-2015, 13:18
23-02-2017, 21:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?