"Nornikel" şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarı olmaqda davam edir. Cari ilin altı ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 28,749 milyard dollar artıb.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə "Bloomberg Billionaires Index" reytinqində qeyd edilib. Ən çox "Evroxim" və Sibir Kömür Enerji Şirkətinin (SKEŞ) keçmiş benefisiarı Andrey Melniçenko zəngin olub. Onun sərvəti 5,76 milyard dollar artaraq 24,6 milyard dollara çatıb. Ümumilikdə reytinqə ümumi sərvəti 354,99 milyard dollar olan 25 rusiyalı vətəndaş daxil olub. "Nornikel" şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarı olmaqda davam edir. İlin əvvəlindən o, sərvətinə 902 milyon dollar əlavə edib, indi isə onun sərvəti 32 milyard dollar təşkil edir. Reytinqdə ikinci yeri 3,54 milyard dollar artaraq 28,2 milyard dollarlıq sərvətlə "Lukoyl" şirkətinin ortaq sahibi Vahid Ələkbərov tutur. Üçüncü yerdə "Novolipetsk Metallurgiya Kombinatı"nın benefisiarı Vladimir Lisin qərarlaşıb. Onun sərvəti 3,24 milyard dollar artaraq 27,2 milyard dollara çatıb. Ötən ilin dekabrında Rusiyanın ən varlı iş adamlarının sərvətinin 2023-cü ilin əvvəlindən bəri ümumilikdə 38,575 milyard dollar artdığı bildirilib. O zaman "Nornikel" şirkətinin ortaq sahibi Vladimir Potanin də sərvətini 2,11 milyard dollar artıraraq 30,7 milyard dollara çatdıraraq birinci yerdə olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?