Gundemxeber.az » Dünya » Onlarla ekspert Ukraynanın NATO-ya qəbul edilməsinin təhlükəli olduğunu yazıb
Qərbin onlarla xarici siyasət eksperti NATO üzvlərini Vaşinqton sammitində Ukraynanın üzvlük məsələsini gündəmə gətirməməyə çağırıb. Onlar bunun ABŞ və müttəfiqlərini təhlükəyə atacağına və koalisiyanı parçalaya biləcəyinə inandıqlarını bildiriblər.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
“NATO Ukraynanın müharibə başa çatdıqdan sonra Alyansa qoşulacağına dair vəd verməyə nə qədər yaxınlaşırsa, Rusiya üçün müharibəni davam etdirmək üçün bir o qədər stimul yaranar... Rusiyanın qarşıya qoyduğu problemlər Ukraynanı NATO-ya daxil etmədən də həll edilə bilər”, - deyə məktub müəllifləri yazıblar. Məktubun təşəbbüskarı Amerika İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Uilyam Ruger və Beynəlxalq Sülh üçün Karnegi Fondunun baş elmi işçisi Stiven Verteymdir.
Eyni zamanda digər analitiklər bununla razılaşmadıqlarını ifadə ediblər.
Məsələn, “RAND Corp”un ekspertlərinin fikrincə, müttəfiqlər sammitdə Ukraynaya gələcək üzvlük üçün aydın şərtlər təklif etsəydilər daha böyük fayda əldə edərdilər.
“Atlantic Council” da Ukraynanın NATO-ya üzv olunmasına çağırıb. Təşkilata görə bu, Qərbin Kiyevə dəstəyinin tərəddüdsüz davam edəcəyini göstərəcək.
GUNDEMXEBER.AZ
27-06-2015, 05:35
7-02-2017, 00:11
15-09-2018, 11:33
16-03-2018, 11:07
2-12-2020, 10:54
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?