Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?