Pakistan məhkəməsi sabiq baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibiyə qarşı Toşaxana Dövlət Xəzinəsindən bəxşiş almaq üçün səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı yeni ittihamlar irəli sürüb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
“Məhkəmə, Milli Hesabatlılıq Bürosuna iki şübhəlini Adiala həbsxanasında dindirməyi tapşırıb və cütlüyün iyulun 22-də məhkəmə qarşısına çıxması ilə bağlı göstəriş verib”, - məlumatda qeyd edilib.
Öz növbəsində sabiq baş nazirin və onun həyat yoldaşının vəkili bu həbsin qanunsuz olduğunu bildirib və əlavə edib ki, onların zaminə buraxılması ilə bağlı müraciətlərinə artıq Ali Məhkəmədə baxılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?