Putin Ukraynanı müzakirə, Çini təbrik etdi, Avropanı sakitləşdirdi Vladimir Putin 19 dekabrda özünün növbəti "Böyük" press - konfransını keçirdi. Bu onun yüksək postu müddətində belə 9 - cu tədbiri olub. Prezidentin presslə dialoqu 4 saat 5 dəqiqə çəkib. Rusiya prezidentinin böyük press - konfransında Ukrayna mövzusu və Kiyevin mərkəzində avrointeqrasiya tərəfdarlarının davam edən mitinqləri barədə suallar beynəlxalq mövzuda olan müzakirələrin əsasını təşkil edib. Vladimir Putin "İsgəndər" raket komplekslərinin yerləşdirilməsinə görə qərbin narahatçılığına da münasibət bildirərək narahatçılığa əsas olmadığını bildirib. Putin ABŞ - ın İrana qarşı yeni sanksiyalarını sərt tənqid edib. Bundan başqa, Putin Gürcüstana səfərini dayandırması qərarına yenidən baxacağına söz verib. O Rusiyanın ordusunu Krımda komplektləşdirməsi barədə yayılan informasiyaları təkzib edib, Çini lunoxodunu buraxdığına görə təbrik edib, həmçinin həmkarı Barak Obamaya rəğbəti olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?