Litvanın bir neçə enerji sektoru müəssisəsi Ukraynaya 50 milyon avro dəyərində elektrik avadanlıqları verəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.
“Ukrayna tərəfinin istəkləri nəzərə alınmaqla, avadanlıqların təhvil verilməsinə dair protokol imzalanıb”, – qurum bildirib.
Məlumata görə, Ukrayna 2015-ci ildə ekoloji səbəblərə görə dayandırılmış Vilnüs istilik stansiyasından 5 elektrik generatoru, qaz boru muftaları dəsti, 200-dən çox transformator, 7,3 min günəş modulu və 17 gərginlik çeviricisi alacaq.
Qeyd olunub ki, bütün bu avadanlıq Ukraynanın enerji sisteminə sürətlə inteqrasiya oluna bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?