Gundemxeber.az » Dünya » Özbəkistanda qıza sataşana 3 sutka cəza, qızın özünə isə cərimə kəsdilər
Özbəkistanda seksual motivli sataşmaya cavab olaraq kişiyə orta barmağını göstərən 19 yaşlı qız cəzalandırılıb.
Musavat.com 24 kg saytına istinadla xəbər verir ki, iyunun 27-də 19 yaşlı qız rəfiqəsi ilə yolu keçərkən onların yolunu “Matiz” markalı avtomobillə 40 yaşlı Kuşmurod Bobomurodov kəsib. Kuşmurod israrla qızları maşınına minməyə dəvət edib. Amma qızlar dəfələrlə ondan imtina ediblər.
Lakin kişi buna məhəl qoymayıb, təklifini təkrarlayıb. Sonra qızlardan biri dözməyib, ABŞ və Avropada yaşayan qadınların bəlli situasiyalarda etdiyi hərəkəti edib, kişiyə orta barmağını göstərib.
2024-cü il iyulun 10-da Çilanzar rayon məhkəməsi Bobomurodovun “Seksual qısnama” maddəsi ilə təqsirli bilinməsi barədə qərar çıxarıb. Həmin şəxs üç sutkalıq inzibati həbs alıb.
Lakin məhkəmə cinayətkara orta barmağını göstərən qızı da “Xırda xuliqanlıq” maddəsi ilə təqsirli bilib və onu 1 milyon 20 min sum məbləğində cərimələyib.
12-10-2015, 19:27
12-03-2018, 19:35
25-05-2019, 16:28
7-11-2013, 11:34
26-08-2013, 11:12
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?