Maskın fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil. ABŞ-ın sabiq Prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra davranışı ilə Rusiya, Şimali Koreya və Çin ilə iş aparmağa qadir olduğunu sübut edib. Bunu SpaceX-in qurucusu İlon Mask bildirib. Onun fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil. "Trampı qəzəbləndirməzdən əvvəl iki dəfə düşünmək lazım gələcək. Yazıq, çox yazıq Bayden isə pillələri belə qalxa bilmir" - sahibkar "Daily Wire" portalına müsahibəsində bildirib. Mask qeyd edib ki, Tramp prezidentlik dövründə dünyada yeni münaqişələrin başlamaması üçün yaxşı çalışıb. Xatırladaq ki, bazar günü, iyulun 21-də Amerika lideri Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?