GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə iqtisadi böhran təhlükəsini adladı

Türkiyə iqtisadi böhran təhlükəsini adladı

Tarix: 26-07-2024, 12:45 Bölmə :Dünya Baxış: 141


Beynəlxalq agentliklərin inamının səbəbi; iqtisadçı ekspert: “Bu, Mehmet Şimşek hökumətinin çox böyük uğurudur...”


Uzun müddətdir iqtisadiyyatında yaranan ağır problemlərlə mübarizə aparan qardaş Türkiyədə “sular” durulmağa başlayır. İyul ayında Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü iclasda əsas faiz dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib. İyul iclasından sonra yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində qalıb. Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir. Qərar əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.

Mərkəzi Bankın mesajında qeyd edilir ki, Türkiyədə baza inflyasiya səviyyəsi ümumilikdə gözlənilən diapazondadır, lakin geosiyasi qeyri-müəyyənlik, xidmət və ərzaq məhsullarının yüksək qiymətləri fonunda yuxarıya doğru dəyişillik riskləri mövcuddur. İnflyasiya gözləntiləri ilə bağlı vəziyyətin gözlənilməz pisləşməsi halında tənzimləyicinin rəhbərliyi yeni dərəcə artımlarına hazırdır.

Qeyd edək ki, iyun ayında ölkədə istehlak qiymətləri əvvəlki ayda 75 faiz artdıqdan sonra illik müqayisədə 72 faiz artıb. Eyni zamanda ilin əvvəlindən Türkiyə valyutası təxminən 11 faiz dəyər itirib. Lakin həm inflyasiyanın sürətində zəifləmə, həm də milli valyutanın məzənnəsində sabitləşmə müşahidə olunmaqdadır. 

Türkiyə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb edib. Beynəlxalq reytinq agentliyi Moody’s Investors Service son 11 ildə ilk dəfə Türkiyənin kredit reytinqini eyni anda iki pillə - B3-dən B1-ə və müsbət proqnozla qaldırıb. Bu yaxınlarda isə “Fitch Ratings” reytinq agentliyi Türkiyənin kredit reytinqini “B”-dən “B+”ya yüksəldib, həmçinin reytinq proqnozunu “stabil”dən “müsbət”ə qaldırıb. Ondan əvvəl isə beynəlxalq reytinq agentliyi Standard & Poor’s (S&P) Türkiyənin uzunmüddətli suveren kredit reytinqini “B”dən “B+”-a yüksəltmişdi. 

Moody’s, eləcə də digər agentliklər proqnozu B1 səviyyəsinə yüksəltmələrini Türkiyənin əsaslı və məqsədyönlü şəkildə ənənəvi maliyyə-pul siyasətinə qayıdışı ilə izah edir. Üstəlik, agentlik əmindir ki, görülən tədbirlər sayəsində bu ölkədə inflyasiya təzyiqi yaxın aylarda xeyli zəifləyəcək və bu zəifləmə 2025-ci ildə də davam edəcək. O da qeyd olunur ki, Türkiyə Mərkəzi Bankının ağıllı siyasəti türk lirəsinə inamı bərpa edə bilib.

Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib ki, beynəlxalq reytinq agentliklərinin qərarları Ankaranın həyata keçirdiyi geniş antiböhran proqramı sayəsində mümkün olub. Son illər Türkiyə hökuməti gerçəkdən də uzun sürən maliyyə və iqtisadi böhrandan çıxmaq üçün görünməmiş səylər göstərib. Bu səylərin nəticəsiz qalmadığını həm də o sübut edir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyənin 2024-cü ildə ÜDM-in artım proqnozunu aprel ayı üçün gözləniləndən yarım faiz artıraraq 3,6 faizə çatdırmaq qərarı verib. 

Ekspertlərin fikrincə, Türkiyənin makroiqtisadi siyasətində dəyişikliklər, inflyasiya və faiz dərəcələri ilə bağlı gözləntilər, yerli və beynəlxalq investorların ölkəyə münasibəti güclü deinflyasiyanın göstəricisidir. Bu ilin ikinci rübündə ölkə iqtisadiyyatının gələcəyinə inamı artıran addım birinci rübdə atılıb: Türkiyə Mərkəzi Bankı bələdiyyə seçkiləri öncəsi faiz dərəcəsini 500 baza bəndi artırdı. Bu, hökumətin siyasi məqsədlər üçün iqtisadi siyasətdə kənaraçıxmaya getməyəcəyinə dair inam formalaşdırdı. Bu qərar faktiki olaraq, dönüş nöqtəsi oldu və bundan sonra lirənin növbəti devalvasiyasını gözləyən yerli və xarici investorlar əmin oldular ki, məzənnələri artırmaqla Mərkəzi Bank valyutanı kəskin ucuzlaşdırmaq strategiyasından əl çəkib.

Təhlilçilərin fikrincə, 2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiya 40 faizə, 2025-ci ildə isə iyirmi faizə enəcək. Bundan əlavə, bu ilin noyabr və dekabr aylarında faiz dərəcələrinin 500 baza bəndi azalacağı gözlənilir.

Onu da bildirək ki, iyun ayında Türkiyənin xarici ticarət kəsirinin artması diqqət çəkib. Ticarət Nazirliyinin məlumatlarına görə, ixrac iyun ayında 10,6 faiz azalaraq 18,6 milyard dollar, idxal isə 4,1 faiz azalaraq 25 milyard dollar olaraq təşkil edib. Beləliklə, xarici ticarət kəsiri iyun ayında 21,4 faiz artaraq 6,4 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsinin həcmi isə eyni dövrdə 6,9 faiz azalaraq 43,6 milyard dollara düşüb. Nazirliyin məlumatına görə, ixracın idxala nisbəti 5,4 bənd azalaraq 74,3 faizə çatıb.

İlin ilk altı ayında ixrac 2 faiz artaraq 125,5 milyard dollara çatıb. İdxal  8,5 faiz azalaraq 168,7 milyard dollar olub. Xarici ticarət həcmi isə eyni dövrdə 4,3 faiz azalaraq 294,1 milyard dollara düşüb. İlin ilk altı ayında xarici ticarət kəsiri 29,5 faiz azalaraq 43,2 milyard dollar olub.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək iyun ayında təqvim təsiri ilə xarici ticarət kəsirinin müvəqqəti olaraq artdığını deyib: “Keçən ilin eyni ayı ilə müqayisədə illik kəsir 31 milyard dollar azalıb. Bu il biz xarici balansda əhəmiyyətli yaxşılaşma əldə edəcəyik. Bunun qalıcı olmasında enerji transformasiyası və yeni sənaye siyasəti əsas rol oynayır. Hədəfimiz cari əməliyyatlar hesabının kəsirinin milli gəlirə nisbətini daimi olaraq 2,5 faizə endirmək və onun altına çəkməkdir”.

Beynəlxalq agentliklərin qərarları göstərir ki, Türkiyə iqtisadiyyatındakı problemlərin köklü həll yolundadır. 

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

 Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, bir ölkənin reytinqini iki pillə qaldırmaq üçün beynəlxalq reytinq agentliklərinin əlində çox mühüm əsaslar olmalıdır: “Mən maliyyə sektorunda işləyərkən reytinq agentlikləri ilə çalışmışam, onların yanaşmaları, tələbləri, düşüncə tərzlərinə bələdəm. Hətta 1 pillə belə reytinq artırmaq üçün onlar çox mühüm göstəricilər, analizlər, əsaslandırılmış proqnozlar istəyirlər. Türkiyəyə münasibətdə Moody’s agentliyinin iki pillə artım qərarını verməsi o deməkdir ki, Türkiyədəki iqtisadi böhranın qarşısının alınması reallıqdır. Düzünü deyim, Mehmet Şimşekdən bu, gözlənilirdi. Onun hökumətə başçılıq etməzdən əvvəl siyasi hakimiyyətdən tam müstəqillik hüququ alması da xəbər verirdi ki, öz gücünə, Türkiyə iqtisadiyyatının potensialına arxayındır. İndiyədək onun yürütdüyü siyasət, göründüyü kimi, çox uğurla planlaşdırılmış siyasətdir. Mehmet Şimşek Türkiyə iqtisadiyyatına çox dərindən bələddir, onun zəif və güclü nöqtələrini əla bilir. O, zəif nöqtələrin aradan qaldırılması yollarını da bilir və addımları da buna uyğun atır. 

Konkret olaraq Türkiyədə inflyasiyaya təsir göstərən amillərdən biri xarici valyutaya olan tələbdir. Xarici borcların qaytarılması müddətləri çatdıqca biznesin valyuta ehtiyacları da artır və lirənin məzənnəsini aşağı çəkirdi. Çünki ölkədə valyuta çatışmazlığı vardı, məzənnə düşdükcə, dövlət bazara intervensiyalar edərək valyuta ilə təmin etməyə çalışırdı. İndi bu intervensiyalar minimuma enib: yalnız böyük borcların qaytarılması vaxtlarında edilir. Məsələn, BOTAŞ şirkətinin xaricdən aldığı qaza görə ödənişləri etməsi üçün valyuta tələbi yarandıqda Mərkəzi Bank qısa müddətə bazara müdaxilə edir, sonra onu yenidən alır. Yəni bu gün müəyyənləşən məzənnə faktiki olaraq bazarın formalaşdırdığı məzənnədir.

Türkiyədə ikinci mühüm məsələ büdcə kəsiri idi. Şimşek hökuməti onu 5,2 faizədək endirib. Əslində bu 5,2 faizin içində zəlzələ bölgəsindəki tikintilərə, zərərçəkənlərə edilən yardımlara sərf olunan böyük pullar da var. Həmin xərcləmələr olmasaydı, büdcə kəsiri 1,6 faizə düşər. Bu isə çox normal bir rəqəmdir. Mehmet Şimşek elan edib ki, bu 5,2 faizi növbəti il 3 faizədək endirəcəklər. Bu da kifayət qədər normal göstəricidir.

Üçüncü bir məsələ dövlətin qızıl-valyuta ehtiyatları ilə bağlıdır. Mənfi 65 milyard dollardan bu ehtiyatlar net 80 milyard dollara qalxıb. 

Daha bir məsələ budur ki, Türkiyə hökuməti 2023-cü ilin əvvəlində əhalinin banklara qoyduğu lirə əmanətlərinə dolların məzənnəsinə uyğun kompensasiya ödəməyi vəd edib. Belə əmanətlərin həcmi 143 milyard dollar ekvivalentinə çatmışdı. Dövlət bu əmanətlərə görə əhaliyə külli miqdarda vəsait ödəyirdi. Belə əmanətlərin həcmi 63 milyard dollara qədər azalıb. Bu da dövlətin xərclərində böyük azalmanı təmin edib".

Ekspert bildirir ki, Mehmet Şimşeyin proqnozları ardıcıl olaraq reallaşır: “Demişdi ki, növbəti ay illik inflyasiya 60 faiz təşkil edəcək. Onun reallaşmaq üzrə olduğu açıq hiss edilir. İlin yekununda inflyasiyanın 38 faizə düşəcəyini proqnozlaşdırır. Yəni 2024-cü ilin 12 aylıq inflyasiyası bu qədər olacaq. Proseslər bu proqnozun özünü doğruladacağı istiqamətlidir. 

Burada maraq doğuran bir məqam var: Türkiyə inflyasiyanın səviyyəsini kəskin şəkildə azaltmır. Buna nail olmaq üçün dünya təcrübəsində tətbiq olunan bir sıra alətlərdən Şimşek istifadə etmir: monetar siyasət alətləri - az lirə çapı, dövriyyədən çıxarılması və sair. Ona görə bunlara gedilmədi ki, Türkiyə istehsal ölkəsidir. Qeyd etdiyim addımlar istehlakı azaldır, Türkiyədə istehlakın boğulması istehsalın da boğulmasına gətirib çıxarar, iqtisadiyyatdakı problemləri daha da dərinləşdirərdi: biznes boğular, büdcə daxilolmaları azalar, işsizlik artardı. Eyni zamanda ixrac azalardı. 

Bu, çox önəmli və incə məsələdir və Mehmet Şimşek öz biznesini, istehsalını, məşğulluğu qorudu. Hətta ölkə defolt həddinə çatdıqda belə yolundan dönmədi. Nəticə, əlbəttə, tutulan yolun düzgün seçildiyini ortaya qoyur. İnflyasiya tədricən - iqtisadiyyatın həssas nöqtələrinə böyük zərər vurmadan azaldılır, biznesin böyüməsi təmin edilir, istehsalın artımına nail olunur. Bu, müəyyən qədər turizmə zərər vurur - qonşu ölkələrlə müqayisədə qiymətlər yüksəlir. Amma yaxın 1-2 ildə bunun aradan qalxacağı mütləqdir. Düşünürəm ki, inflyasiyaya qarşı aparılan belə mübarizə Mehmet Şimşek hökumətinin çox böyük uğurudur".


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib ...

    15-03-2019, 16:24

  • 
  • Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

    Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər ...

    19-02-2020, 15:28

  • 
  • Türkiyədə inflyasiya son 24 ildə ən yüksək həddə çatıb

    Türkiyədə inflyasiya son 24 ildə ən yüksək həddə ...

    4-11-2022, 13:09

  • 
  • Lirə ilə bağlı yeni proqnoz

    Lirə ilə bağlı yeni proqnoz ...

    11-09-2018, 16:20

  • 
  • Mərkəzi banklardan müjdə: Qlobal iqtisadi böhran başa çatır

    Mərkəzi banklardan müjdə: Qlobal iqtisadi böhran ...

    2-08-2017, 16:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu