Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə beynəlxalq müstəvidə sülh və sabitliyə töhfə verməyə davam edir.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin müdiri Fəxrəddin Altun avqustun 1-də Ankarada ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi ilə bağlı “X”də yazıb.
O bildirib ki, Türkiyə fərqli ölkələrlə müxtəlif formalarda münasibətləri təmin edə bilən ölkədir: “Ölkəmiz bu diplomatik imkanı fərqli ölkələrlə uğurlu əməkdaşlıq nəticəsində sülh və sabitlik üçün istifadə edir. Türkiyə dünən 7 fərqli ölkədən 26 məhbus mübadiləsini həyata keçirməklə son vaxtların ən genişmiqyaslı məhbus mübadiləsinin müəllifi oldu. Türkiyənin bu mövqeyi bölgədəki bütün problemlərin həlli üçün nümunə oldu”.
F.Altun qeyd edib ki, Türkiyə bu tarixi əməliyyata vasitəçi oldu, dialoq kanallarından istifadə etdi: “Ölkəmiz fərqli oyunçularla danışa bilən, inam qazanan müttəfiq olduğunu bir daha göstərdi. Türkiyə bütün beynəlxalq toqquşmalarda açıq dialoqları davam etdirməyə qərarlıdır. Türkiyə bütün münaqişə tərəflərinə sərf edəcək platformalar hazırlamağa davam edəcək”.
Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub.
Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, ona təşəkkür edib.
Sorğu
Yeni dizaynımız necədir?