Gundemxeber.az » Dünya » Fransa vətəndaşlarını İranı tərk etməyə çağırdı: Hərbi eskalasiya riski var?
Fransa İrana səfər edən vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Gundemxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bəyanat verilib.
Bildirilib ki, bu qərar Tehranın Fələstinin HƏMAS silahlı qruplaşmasının liderinin öldürülməsində İsraili ittiham etməsi və bunun da regionda hərbi eskalasiya riskini artırması ilə əlaqədardır.
Qeyd edək ki, İran və İsrail arasında gərginlik son illərdə daha da artıb. İran tərəfi dəfələrlə İsraili Yaxın Şərqdə sabitliyi pozmaqda və regionda müharibə ocaqları yaratmaqda günahlandırıb. Öz növbəsində, İsrail İranı terrorçuluğu dəstəkləməkdə və nüvə silahı yaratmaq cəhdlərində ittiham edir.
Fransa vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə belə bir addım atıb. Ancaq XİN-dən bu xəbərdarlığın neçə Fransa vətəndaşına aid edildiyi dəqiqləşdirilməyib.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb
Gundemxeber.az
3-02-2020, 14:33
10-12-2017, 18:53
11-05-2021, 15:41
3-10-2018, 13:57
4-01-2020, 18:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?