Rusiya Baş Prokurorluğu Almaniya Konrad Adenauer Fondunu “arzuolunmaz” kimi tanıyıb.
GUNDEMXEBER.AZ bildirir ki, açıqlanan rəsmi məlumatda deyilir ki, Konrad Adenauer Fondu Rusiyanın rəhbərliyini, onun daxili və xarici siyasətini gözdən salan materiallar yayır. Prokurorluq hesab edir ki, Fond həm də Ukraynaya qarşı müharibə mövzusunda dost dövlətlərin siyasətini təbliğ edir və informasiya fəaliyyəti Rusiya ilə Qərb ölkələri arasında münasibətləri çətinləşdirməyə, onların siyasi və iqtisadi təcridinə şərait yaradır. Həmçinin Fransanın “Qafqaz Xalqları Assambleyası”, İsveçrənin “Education First” və Polşanın “OSTMOST” fondu da “arzuolunmaz” elan edilib. Rusiyada “arzuolunmaz” təşkilatların reyestri 2015-ci ildən mövcuddur. Bu müddət ərzində 160-dan çox KİV, QHT və digər birliklər bu siyahıya salınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?