Gundemxeber.az » Dünya » Netanyahunun oğluna qanunsuz diplomatik pasport verilə bilər- KİV
Çərşənbə günü İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparılıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Qüdsdəki Xarici İşlər Nazirliyində saxta diplomatik pasportların verilməsi işi bağlı işdə müttəhimlərdən biri ola bilər.
Bu barədə Rusiya mediası "Ynet" xəbər portalına istinadən xəbər verib.
Çərşənbə günü İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıblar və saxta diplomatik pasportların verilməsini göstərən sənədləri ələ keçiriblər.
"Polis Əli Koenin xarici işlər naziri olduğu dövrdən (2022-ci ilin dekabrından 2024-cü ilin yanvarınadək) bütün diplomatik pasportların verilməsini, o cümlədən İsrailin Baş nazirinin oğlu Yair Netanyahuya diplomatik pasportun verilməsini də araşdırır", - "Ynet"in məlumatında deyilir.
GUNDEMXEBER.AZ
23-05-2023, 17:14
8-11-2017, 11:15
5-03-2019, 13:22
19-11-2018, 11:10
10-07-2019, 15:12
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?