Gundemxeber.az » Dünya » ABŞ senatoru: “Gürcüstan münasibətləri yaxşılaşdırmaqda maraqlı deyil”
Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri yaxşılaşdırmaqda maraqlı deyil.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Gürcüstan paytaxtına işgüzar səfərinin yekunları üzrə Tiflisdə keçirilən mətbuat konfransında ABŞ senatoru Jeyn Şahin (demokrat, Nyu-Hempşir) deyib.
“Gürcüstan baş nazirinin özünün və administrasiyasının Amerika ilə münasibətləri yaxşılaşdırmaq üçün nə etmək istədiyi ilə bağlı heç bir təklif irəli sürməməsi məyusedicidir. Biz əvvəllər haqqında danışdığımız bir sıra narahatedici məsələləri müzakirə etdik. Məsələn, götürək ABŞ hökumətinin Gürcüstanda çevriliş planlaşdırdığı barədə bəyanatları. Bu, tamamilə yalandır”, - o, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze ilə şənbə günü baş tutan görüşü dəyərləndirərkən deyib.
J.Şahinin sözlərinə görə, ABŞ Gürcüstanda demokratiyanı və bu ölkənin iqtisadiyyatını həmişə dəstəkləyib. “Biz Gürcüstanda demokratik məqsədləri, iqtisadi inkişafı, gürcü xalqının istəklərini dəstəklədik. Baş nazirin belə bir əlaqəni davam etdirməkdə maraqlı olmaması məyusedicidir”, - o vurğulayıb.
GUNDEMXEBER.AZ
13-02-2017, 00:40
29-05-2024, 17:44
24-06-2013, 14:54
21-06-2019, 16:09
17-11-2013, 12:19
Sorğu
Yeni dizaynımız necədir?