Gürcüstanın hakim "Gürcü arzusu" parlament partiyasının təsisçisi Bidzina İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib.
Gundemxeber.az xarici mediaya xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib. Kobaxidzenin sözlərinə görə, İvanişvili amerikalı tərəfdaşlarına imtinanın səbəbini şəxsən izah edib. Xatırladaq ki, Qərbin təhdidlərinə baxmayaraq, bir müddət öncə Gürcüstanda "Xarici təsirlərin şəffaflığı haqqında" qanun qəbul edilib. Bundan sonra Vaşinqton Tbilisiyə yardımı dayandırıb. Gürcüstanın Aİ-yə inteqrasiya prosesi də dondurulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?