Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb...
Gundemxeber.az xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.
“Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda “mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb: “74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.
Ölkə başçısı ələ keçirilmiş ərazilərdə “humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.
“Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?