GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » HƏMAS-ın yeni lideri Sinvar haqqında sensasion məlumatlar: "ölü adam" İsraili necə çalxalayır...

HƏMAS-ın yeni lideri Sinvar haqqında sensasion məlumatlar: "ölü adam" İsraili necə çalxalayır...

Tarix: 14-08-2024, 10:36 Bölmə :Dünya Baxış: 216


ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bu il iyulun 31-də Tehranda qətlə yetirildikdən sonra onun yerinə təyin olunmuş Yəhya Sinvarın da İranla sıx əlaqələrə malik olduğu deyilir.


Avqustun 6-dan əvvəl bu vəzifəyə namizəd kimi HƏMAS-ın keçmiş siyasi büro başçısı Xalid Məşəlin və mərhum Haniyəyə yaxın şəxs sayılan Xəlil əl-Həyyanın adları çəkilirdi.

AzadlıqRadiosunun təhlilçisi Kian Şərifi yazır ki, İran faktorunu nəzərə almayan ekspertləri 2017-ci ildən HƏMAS-ın Qəzza üzrə rəhbəri sayılan Sinvarın təyinatı təəccübləndirib.

Bunu Təl-Əvivdə mənzillənmiş Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Yohanan Tzoreff də etiraf edib:

"Fələstin məsələləri ilə məşğul olan biz ekspertlərdən heç birimiz düşünmürdük ki, Haniyəni Sinvar əvəzləyə bilər. Halbuki Sinvarın yeni lider təyin olmasının əsas səbəbi Tehrandır”.

Xaled Meşaal (solda) və İsmayıl Haniyə
Xalid Məşəl (solda) və İsmayıl Haniyə

 

Tzoreff deyir ki, Məşəlin 2011-ci ildə Ərəb baharı zamanı Suriya prezidenti və İranın müttəfiqi Bəşər əl-Əsədi tənqid etməsi onu İranın siyasi liderliyinin gözündən salıb.

Ekspertin fikrincə Məşəlin hakimiyyətə qayıtması Fələstin qruplaşmasının İranla münasibətlərini gərginləşdirə bilərdi.

Lakin bəzi məlumatlara görə Sinvar hazırda Qəzzada gizlənir və 2023-cü ilin oktyabrından, təşkilatın İsrailə basqınından bəri gözə dəymir. Həmin basqının məhz Sinvar tərəfindən planlaşdırıldığı düşünülür.

“Xan Yunis qəssabı”

Belçikada mənzillənmiş Beynəlxalq Böhran Qrupu Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Yost Hilterman (Joost Hiltermann) düşünür ki, Sinvarın təyinatı ilə HƏMAS-ın İranla münasibətlərində daha böyük yaxınlaşma baş verməyəcək.

Tərəfdarları arasında həm də Əbu İbrahim kimi tanınan 61 yaşlı Sinvar Qəzzada Xan Yunis qaçqın düşərgəsində doğulub.

Onun valideynləri də Haniyənin ailəsi kimi 1948-ci ildə İsrail dövlətinin bünövrəsini qoymuş Ərəb-İsrail müharibəsinə görə Aşkelon şəhərini tərk etməli olublar. Fələstinlilər bu müharibəni indiyədək “nəkba” – fəlakət adlandırırlar.

Sinvar HƏMAS-a, təşkilat 1987-ci ildə yaradılandan az sonra qoşulub və qrupun zəhmli təhlükəsizlik xidməti əl-Məcdi yaradıb.

Bu xidmətin əsas vəzifəsi təşkilatın daxilində İsrail casuslarını aşkar etməkdir. Sinvar həm də bu səbəbdən zorakı reputasiyası ilə tanınıb və “Xan Yunis qəssabı” ayamasını qazanıb.

İsrail həbsxanalarının yetişdirdiyi lider

Sinvar İsrail qüvvələri tərəfindən həbs olunaraq müxtəlif ittihamlarla çoxsaylı ömürlük həbs cəzalarına məhkum edilib. O iki İsrail əsgərinin qətlinə görə 20 ildən çox həbsxanada olub.

Hiltermanın sözlərinə görə Sinvarı da, bir çox keçmiş Fələstin məhbusları kimi İsrail həbsxanaları bərkidib.


Ekspert əlavə edir ki, o, həbsxanadaykən ivrit dilini öyrənib və bu ona İsrail liderlərinin düşüncə tərzindən baş çıxarmaq qabiliyyəti verib.

Hələ həbsxanada ikən Sinvar iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil təşkil edib və məhbus fələstinlilərin liderinə çevrilib.

Hilterman deyir ki, Sinvarı HƏMAS liderliyinə bir növ İsrail həbsxanaları hazırlayıb.

Sinvar 2011-ci ildə məhbus mübadiləsi nəticəsində həbsxanadan azad olunub. O vaxt 1000 fələstinli məhbusu bir İsrail əsgərinə dəyişmişdilər.

Həbsdən azad olunduqdan az sonra Sinvar Haniyə ilə birlikdə Tehrana səfər edib və İranın ali rəhbəri ayətüllah Əli Xamenei ilə görüşüb.

Sinvar Haniyənin xələfi elan edilən gün, avqustun 6-da Xameneinin "X" platforması hesabında dərc olunmuş postda məhz həmin görüşün videosu yerləşdirilib. 

İsrailin “ölmüş adam” adlandırdığı Sinvar haradadır?

Ənənəvi olaraq HƏMAS siyasi bürosunun rəhbəri xaricdə yaşayır ki, İran və Livan kimi yerlərə səfərlər edə bilsin.

Lakin bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken zarafatla demişdi ki, Sinvar Qəzzada 10 mərtəbə yerin dərinliyində basdırılıb və müharibəyə görə Qəzzanı tərk edə bilmir.

Tzoreff bu qənaətdədir ki, HƏMAS Sinvarı lider elan etməklə həm İrsailə, həm də ərəb ölkələrinə “təşkilatın çökmədityinə” dair güclü mesaj göndərmiş olur.

Hilterman isə deyir ki, Sinvarın özü də Qəzzanı tərk etməyə can atmır, çünki bu sektordakı fələstinlilər ona “gəminin kapitanı” kimi baxırlar.

Sinvar 7 oktyabr basqınından sonra İsrailin diqqət mərkəzindədir və İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari onu “ölmüş adam” adlandırıb.

Bu isə o deməkdir ki, Sinvarın ləğv edilməsi İsrail ordusu üçün əsas prioritet olaraq qalır.

Məhz bu səbəbdən İsrail ordusunun general-leytenantı Herzi Halevi elə avqustun 7-də bəyan edib ki, ordu Sinvarı hədəfləyəcək və HƏMAS öz siyasi bürosuna yenidən başçı axtarmalı olacaq.//AzadlıqRadiosu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib

    Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni ...

    6-08-2024, 23:30

  • 
  • “Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər“ - KİV

    “Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh ...

    9-08-2024, 19:37

  • 
  • "Ölü adam" bir addım öndədir- İsrailə BÖYÜK ŞOK

    "Ölü adam" bir addım öndədir- İsrailə ...

    25-01-2024, 19:37

  • 
  • HƏMAS barışığa razılıq verdi: Atəşi dayandırmağa hazırıq!

    HƏMAS barışığa razılıq verdi: Atəşi dayandırmağa ...

    15-05-2021, 09:45

  • 
  • “Həmas”dan İsrailə qəfil həmlə

    “Həmas”dan İsrailə qəfil həmlə ...

    10-07-2014, 02:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu