"ABŞ administrasiyası iddia edir ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun planlaşdırılması və hazırlanmasında iştirak etməyib".
Bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib. "Birləşmiş Ştatlar hücumun planlaşdırılmasında və hazırlanmasında iştirak etməyib, lakin biz ukraynalı tərəfdaşlarımıza dəstək verəcəyik, çünki onlar özlərini müdafiə edirlər", - deyə rəsmi bildirib. O, Kursk bölgəsinə yürüş edən Ukrayna hərbçilərinin Amerika silahlarından istifadə etdiyini təsdiqləməyib: "Mən imkan verəcəm ki, hərbi əməliyyatlar barədə ukraynalı tərəfdaşlarımız özləri danışsınlar. Bizim siyasətimiz dəyişməyib", - o əlavə edib və Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücum etmək üçün Amerika silahlarından mümkün istifadəsinə münasibəti ilə bağlı sualı cavablandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?