Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) bu il avqustun 9-da “Tokyo Electric Power” (TEPCO) şirkəti tərəfindən qəza vəziyyətində olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunda təxminən 25 ton su sızmasının aşkar edilməsi ilə bağlı məlumatlandırılıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə MAQATE-nin bəyanatında qeyd olunub.
“Avqustun 9-da TEPCO “Fukusima-1” AES-in ikinci enerji blokunda su sızması aşkar edib. Nəticədə işlənmiş yanacağın soyutma sisteminin nasos bölməsindən və istilik mübadiləsi otağından təxminən 25 ton su sızıb”, - bəyanatda vurğulanıb.
Bundan əlavə, MAQATE-yə məlumat verilib ki, bu mərhələdə TEPCO sızmanın digər yerlərə yayıldığını aşkar etməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?