Gundemxeber.az » Dünya » Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır
Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan-Ukrayna münasibətlərində nəzərdən keçirilməli olan nəsə varsa, bunu Ukrayna hökuməti etməlidir.
“Ukrayna hakimiyyəti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır. Çünki bu, dostluğa zidd addımdır”, - Kobaxidze bildirib.
Baş nazir xatırladıb ki, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin başlamasının beşinci günü Gürcüstan səfirini ölkədən çıxarmışdı. Buna səbəb kimi Gürcüstanın Rusiyaya qarşı sanksiyaların tətbiqindən və oraya könüllülər göndərməkdən imtina etməsini göstərmişdi
GUNDEMXEBER.AZ
21-06-2019, 16:09
10-05-2019, 22:21
5-12-2019, 15:07
16-01-2021, 23:31
1-06-2019, 14:42
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?