Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
Gundemxeber.az xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb.
Onun kod adının "Sema Cuya Çevlik" olduğu bildirilir.Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edib. Onun yerini MİT-in agentləri müəyyənləşdirib.
Zilan Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?