59 yaşlı britaniyalı texnologiya sahibkarı Maykl Linç Siciliya sahillərində yaxtanın qəzaya uğramasından sonra itkin düşüb.
Gundemxeber.Az xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın sahil mühafizəsi, içərisində 22 nəfərin olduğu 56 metr uzunluğundakı Bayesian gəmisinin Porticello limanı yaxınlığında lövbər saldığını bildirib. Səhər tezdən Linç iş yoldaşları üçün səyahət təşkil edib, lakin şiddətli fırtına zamanı yaxta batıb.
“Külək çox güclü idi. Pis hava gözlənilən idi, lakin bu miqyasda deyil”, - Palermoda sahil mühafizəsinin sözçüsü bildirib.
On beş nəfər fırtınadan qaça bilib. Onların arasında yaxtanın sahibi və Linçin həyat yoldaşı Anjela Bakares, həmçinin onların bir yaşlı qızı da olub.
Hazırda dalğıclar 49 m dərinlikdə olan “Bayesian” yaxtasının qalıqlarına baxış keçirirlər.
Maykl Linç Kembric Universitetində apardığı qabaqcıl tədqiqatlar əsasında “Autonomy” proqram təminatı firmasını yaradıb və “Britaniyanın Bill Qeytsi” kimi tanınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?