Gundemxeber.az » Dünya » Şimali koreyalı sərhədi piyada keçərək Cənubi Koreyaya qaçıb
Cənubi Koreya ordusunun çərşənbə axşamı bildirdiyinə görə, bir şimali koreyalı kişi iki ölkə arasında güclü qorunan və minalarla dolu sərhədi keçərək Cənubi Koreyaya keçib.
Koreya Müharibəsi 1953-cü ildə bitəndən bəri on minlərlə şimali koreyalı Cənubi Koreyaya qaçıb, ancaq demək olar hamısı bunu Çin, daha sonra ilə Tayland kimi üçüncü ölkə vasitəsilə edir. Fərarilərin birbaşa iki ölkə arasındakı sərhəddən keçməsi nadir hallarda baş verir.
Cənubi Koreya ordusu Koreyanın şərq sahilində istinad edərək, bildirib ki, “şərq cəbhəsində şimali koreyalı olmaqda şübhəli bilinən şəxsi ələ keçirib və onu müvafiq orqanlara təhvil verib.”
Birgə Qərargahlar Rəisinin məlumatına görə, insident zamanı Şimali Koreyada hər hansı qeyri-adi qoşun hərəkəti müşahidə olunmayıb. “Hazırda müvafiq orqanlar araşdırma aparır və buna görə də, fərarilik prosesinin” və ya həmin şəxsin nə üçün Cənuba qaçdığının “təfərrüatlarını təsdiqləyə bilməz,” o bildirib.
Cənubi Koreyanın Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, fərari Şimali Koreya ordusunun yüksək rütbəli serjantıdır və ona qaçmasına Cənubi Koreya ordusu yardım edib.
Yerli media xəbər verir ki, Şimali Koreyanın hərbi formasında olan bu şəxs şərqi Qanqvon vilayətində dəniz kənarı yolda gedərkən ələ keçirilib.
Bu son iki həftədə ikinci dəfədir ki, şimali koreyalı şəxs birbaşa Cənuba keçə bilib. Avqustun 8-də bir başqa fərari Sarı dənizdə koreyalararası dəniz sərhədini keçə bilib.
2020-ci ildə Şimali Koreya özünü COVID-19-dan qorumaq üçün Çinlə sərhədini bağlayandan bəri fərarilərin sayı azalıb.
Pxenyan Çinlə sərhədini açdığı 2023-cü ildə ümumilikdə 196 şimali koreyalı Cənubi Koreyaya keçib. Müqayisədə 2022-ci ildə bu rəqəm 67 olub. Cənubi Koreya hökumətinin məlumatına görə, getdikcə daha çox imtiyazlı təbəqənin nümayəndələri - diplomatlar və ya xaricdəki tələbələr - qaçmağa çalışırlar.
GUNDEMXEBER.AZ
29-09-2016, 22:54
14-02-2018, 11:57
23-04-2018, 17:26
16-08-2019, 19:35
16-04-2017, 21:05
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?