“Ukrayna ordusu 20 gündür onun vilayətinə daxil olub, o isə...”
“Putinlə bağlı hamı düşünür ki, onun boyük geosiyasi hədəfləri, imperiya baxışları və s. var. Bu, 100 faiz belədir ki, o, Sovet İttifaqında olan nüfuzu qaytarmaq istəyir. Bu, bizə aydındır. Ancaq o, bunu qaytarmayacaq, qaytara bilməyəcək, çatdırmayacaq. Nə onun yaşı, nə də dünya buna imkan verməyəcək”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski hindistanlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Zelenski qeyd edib ki, Putinin imkan və bacarıqları həddindən artıq şişirdilib və Ukrayna Ordusunun Rusiya ərazisində keçirdiyi hərbi əməliyyat bunun sübutudur: “Artıq az sayda Ukrayna ordusu onun vilayətinə daxil olur və o, 20 gün ərzində heç nə edə bilmir. Ətrafdakı bütün siyasi oyunçular görürlər ki, onunla bağlı hər şey aydındır. Onun ordusu o qədər də güclü deyil. O, sadəcə, nüvə silahı ilə hədə-qorxu gələn oğrudur. Hətta bütün onun əlini sıxanlar, onunla dostluq edənlər, müqavilə bağlayanlar, inanın ki, artıq bütün nəticələri çıxarıblar. O, artqı oyunçu deyil, manyakdır, ciddi terrorçudur və əksəriyyət ona bu cür də yanaşır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?