Gundemxeber.az » Dünya » Paşinyanın dövlət hesabına veloyürüşləri - Göyçədəki yürüşdə 50 nəfər iştirak edib, amma 110 nəfər üçün pul silinib
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Göyçə gölü ətrafında keçirilən veloyürüşdə təxminən 50 nəfər iştirak edib, lakin xərclər 110 nəfər üçün yazılıb...
Gundemxeber.az xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb.
Qəzet yazırr ki, iki günlük veloyürüş üçün büdcədən 15 milyon dram (40 min dollar) ayrılıb. Baş nazirin Aparatı Elya Avaqyan adlı fərdi sahibkarla iki müqavilə imzalayıb: biri çadırların (6), köynəklərin (200), bel çantalarının (100), paltoların (110) icarəsi və s., ikincisi yarış iştirakçılarına yemək vermək üçün nəzərdə tutulub. Ancaq görüntüləri öyrənən nəşr əmin edir ki, bütün avadanlıqlar 110 nəfər üçün icarəyə götürüldüyü halda, yürüşdə yalnız 50 nəfər, o cümlədən təhlükəsizlik və təcili yardım işçiləri iştirak edib.
İkinci müqavilədə 100 nəfərin ərzaqla təmin olunması üçün 5,3 milyon dram nəzərdə tutulub. Qeyd edilir kiki, bu səhər yeməyi (1 gün), nahar (2 gün) və şam yeməyidir (1 gün).
"Hər adamın yeməyi üçün 50 min dram xərclənməsi nəzərdə tutulub ki, bu qiymətə siz həm yemək yeyə, həm də ordakı əksər mehmanxana və qonaq evlərində gecələyə bilərsiniz", deyə nəşr bildirib.
Qeyd edək ki, Paşinyan son vaxtlar sosial şəbəkələrdə vaxtaşırı velosiped sürdüyü foto və videoları yerləşdirir, şəhərdə necə sərbəst hərəkət etdiyini nümayiş etdirir. Göyçə ətrafında veloyürüş başlayan gün 71 yaşlı Albert Arstamyan evinin eyvanından ona alma atıb. Həmin şəxs xuliqanlıqda ittiham olunub. O, öz növbəsində, əməlini xuliqanlıq hesab etmir.
Gundemxeber.az
11-11-2020, 16:40
8-08-2018, 16:29
24-12-2013, 14:59
5-10-2020, 11:06
5-11-2017, 23:23
Sorğu
Yeni dizaynımız necədir?