Gundemxeber.az » Dünya » Bu gün qardaş Türkiyənin Zəfər Bayramıdır
Bu gün qardaş Türkiyənin Zəfər Bayramıdır, müasir Türkiyə Cümhuriyyətinin təməllərinin atıldığı, türk millətinin qürur günüdür – qardaş ölkəni və xalqı səmimi qəlbdən təbrik edirəm.
Dünyada Türkiyə-Azərbaycan müttəfiqliyi qədər orqanik, təbii iş birliyi quran iki ölkə nadir görünüb. Müttəfiqlik tək siyasi-iqtisadi maraqlar üzərində qurulmayıb, bu həm də yeni dünya sistemində varolma, ayaqda qalma birliyidir.
Şuşa Bəyannəmasi Azərbaycanın tək dost-qardaş ölkə olaraq yox, həm də NATO-nun vacib dövləti olan Türkiyə ilə hərbi əməkdaşlığını, birgə müdafiənin təşkilini təmin edir, sənəddən sitat: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bu sənəd 2 milyonluq Ermənistana qarşı imzalanmayıb, Ermənistana bizim Ordumuz bir qırağa, polis güclərimiz cavab verib susdurmaq üçün yetərlidir. Bu sənəd Azərbaycana Şimaldan və Cənubdan gələn təhdidləri neytrallaşdırmaq, təhlükəsizlik “çətiri” yaratmaq üçün lazım idi. İmzalanmış sənədlər və əlaqələrin yüksək səviyyədə olması “Şimal Ayısı” neytrallaşdırdı – Rusiya bizim üçün artıq “Ayı” deyil də, “sağmal inəkdir“, bundan istifadə etməmək günah olardı.
Qardaş Türkiyənin müasir, çağdaş məmləkətə çevrilməsində Zəfər Bayramı qədər 1950-ci ildən üzü bəri keçirilən demokratok seçkilər də mühim rol oynadı. Bələdiyyə institutunun yaradılması, səslərin doğru sayılması, uduzanın udanı təbrik etmək mədəniyyətinin formalaşdırılması Türkiyəni ancaq gücünə-güc qatdı. Bu yol da Zəfər bayramına aparan yol kimi heç də rəvan olmayıb – hərbi çevrilişlər, siyasətə kənar müdaxilələr bütün bu maneələri dəf edərək Türkiyə inkişaf etdi, seçki institutunu formalaşdırdı, “oy namusdur”, qavramı oturuşdu.
Azərbaycan təhlükəsizlik problemini böyük ölçüdə həll, qonşularımızdan fərqli olaraq öz gücü və müttəfiqlərinin yardımı ilə güclü və dayanıqlı “çətir” əldə edib (bu gün Gürcüstan və Ermənsitanda daxili təlatümlərin əsas səbəbi təhlükəsizlik “çətiri” axtarışıdır. Rusiya “çətiri” işləmir, dəlmə-deşikdir, başqa “çətir” isə tapa, güvənə, anlaşa bilmirlər). Deməli indi əsas gücümüz, enerjimiz Azərbaycanın Rifah Dövlətinə, seçki institutunun çalışdığı məmləkətə çevirməyə sərf etməliyik. 1950-ci ildə Türkiyə seçki institutları yaratmasaydı, bu gün bölgənin sözükeçən lider dövləti olmazdı. Deməli, Azərbaycanımız da eyni yolla getməli, daxili problemlərin effektiv həlli üçün xalqın güvəndiyi institutlar yaratmalıdır.
1 sentyabr bu anlamda çox vacibdir, ölkənin gələcək yolunu müyyən edəcək seçkidir, vətəndaş olaraq hamımız aktiv olaq, öz bülletenimizə sahib çıxaq ki, Rifah Dövlətini gedən yolda bizim də izimiz olsun!
Natig Jafarli
30-08-2015, 12:26
15-06-2021, 19:26
10-12-2020, 15:42
22-05-2017, 13:35
16-04-2017, 23:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?