Türkiyənin Şırnak bölgəsində Cudi dağı ətəyində jandarm qüvvələri tərəfindən həyata keçirilən “Gürz-12” antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının silah-sursat deposu kimi istifadə etdiyi mağara məhv edilib.
Gundemxeber.az xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə paylaşıb.
Məlumata görə, əməliyyat nəticəsində 753 qumbaraatan, min qumbaraatan qoruyucu, iki min elektrik qoruyucusu, 11 “AK-47”markalı avtomat, 5 “Dragunov” snayperi, 3 “RPG-7” reaktiv yaylım atəşi, 2 “PKM” pulemyotu, 60 mm-lik minaatan, 2 kiloqramdan artıq partlayıcı materialları ələ keçirilib, mağara isə məhv edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?