Gundemxeber.az » Dünya » ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib...
Gundemxeber.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
“Dassault Falcon 900EX” təyyarəsi Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir.
Ədliyyə naziri və baş prokuror Merrik Qarlandın sözlərinə görə, Amerika tərəfi iddia edir ki, təyyarə qanunsuz olaraq 13 milyon dollara alınıb, Maduro və onun tərəfdaşlarının istifadəsi üçün Venesuelaya aparılıb.
***
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib”, - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.
Gundemxeber.az
5-02-2019, 10:00
15-07-2017, 10:47
18-05-2019, 11:46
20-08-2019, 11:18
3-10-2017, 12:52
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?