Gundemxeber.az » Dünya » Netanyahu: "Qəzzadakı qətliam cavabsız qalmayacaq"
İsrail HƏMAS hərəkatından olan fələstinli radikalları sentyabrın 1-də Qəzzada öldürülən altı girovun qətlinə görə yüksək qiymət ödəməyə məcbur edəcək.
Gundemxeber.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bunu bildirib.
"İsrail sakitləşməyəcək və bu qətli unutmayacaq. HƏMAS bunun cavabını ağır ödəyəcək" , - deyə o vurğulayıb.
Baş nazir həlak olanların ailələrinə başsağlığı verib, baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib və İsrailin varlığı uğrunda mübarizə apardığını, bu səbəbdən ölkənin birliyini qorumalı olduğunu vurğulayıb.
"Onları diri qaytara bilmədiyim üçün üzr istəyirəm. Biz buna çox yaxın idik, amma bacarmadıq" , - deyə o əlavə edib.
Gundemxeber.az
19-11-2018, 11:10
2-02-2014, 21:55
27-06-2017, 17:45
12-05-2021, 10:13
11-09-2019, 12:11
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?