Ermənistan idmanının əsas problemlərindən biri ölkədə infrastrukturun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Olimpiadasında iştirak edən Ermənistan komandası ilə görüşündə bildirib.
“Əlbəttə, hamımız ümid edirdik ki, Olimpiadada qızıl medalımız olacaq, amma idman idmandır və arzular heç də həmişə reallaşmır... Ermənistan idmanının əsas problemlərindən biri infrastrukturunun olmaması və ya keyfiyyətinin aşağı olmasıdır”, - o deyib.
Xatırladaq ki, Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 206 ölkə iştirak edib, 91 komanda medal qazanıb, Ermənistan komandası isə ümumi medal sıralamasında 66-cı yeri tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?